ana səhifəyə english version | на русском | seçilmişlərə əlavə et | start səhifəsi et  
MENYU

  Akademik avarçəkmə
  Kayak
  Slalom
  Kanoe
  Kanoe polo
  Dragon boat

AXTARIŞ

 
 Azərbaycanın kayak üzrə yeganə beynəlxalq dərəcəli idman ustası Rostislav Nikolayevski vəfat edib
(2/03/2010) | Baxılıb: 19 |
rostislav_nikolayevski.jpg (80.4 Kb)Azərbaycanın avarçəkmə idmanına itki üz verib. Kayak qayıqlarında avarçəkmə üzrə Azərbaycanın yeganə beynəlxalq dərəcəli idman ustası Rostislav Nikolayevski vəfat edib.

Rostislav İqoryeviç Nikolayevski 21 fevral 1939-cu ildə Bakıda anadan olub. O, yelkən idmanı və kayak qayıqlarında avarçəkmə ilə məşğul olub. Amma ən yüksək nailiyyətlərini kayak növündə əldə edib. Nikolayevski 1962-ci ildə 4 nəfərlik qayıqda SSRİ çempionatının bürünc medalını qazanıb, müxtəlif SSRİ miqyaslı və beynəlxalq turnirlərin qalibi olub.   Ətraflı >>
 Gənclər və İdman Nazirliyi kayakçılarımız üçün müasir tipli qayıqlar alıb
(22/02/2010) | Baxılıb: 23 |
plastex.jpg (44.45 Kb)Azərbaycan Milli Avarçəkmə Federasiyası avarçəkmə növlərinin inkişafı üçün maddi-texniki bazanın formalaşdırılmasında daim dövlət qayğısı ilə əhatə olunub. Məhz ölkə rəhbərliyinin diqqət və qayğısı ilə Mingəçevir şəhərində “Kür” Olimpiya Mərkəzi müasir tələblərə uyğun inşa olunmaqdadır. Nəhəng idman qurğusunun yaxın aylarda istifadəyə veriləcəyi gözlənilir.   Ətraflı >>
 DÜNYA AVARÇƏKƏNLƏRİ MİNGƏÇEVİRƏ TOPLAŞACAQLAR
(16/02/2010) | Baxılıb: 37 |
Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Kompleksinin inşası davam etdirilir. Altı hektar ərazini əhatə edən avarçəkmə bazasının tikintisinə 2007-ci ilin iyununda başlanılmışdır. Hazırda 500 yerlik idman zalı, ikimərtəbəli inzibati bina, 50 qayığın saxlanılması üçün anqar, ikimərtəbəli hovuz, 120 yerlik altımərtəbəli mehmanxana binasının tikintisi başa çatmaq üzrədir.   Ətraflı >>
 Yeniyetmə akademik avarçəkənlərimiz də təlim-məşq toplantısındadır
(16/02/2010) | Baxılıb: 33 |
Azərbaycanın yeniyetmə akademik avarçəkənlərinin Mingəçevir şəhərində növbəti təlim-məşq toplantısı başlayıb. “Kür” Təlim-Tədris İdman Mərkəzində fevralın 25-dək davam edəcək hazırlıq prosesinə 17 oğlan və 2 qız avarçəkən cəlb olunub.   Ətraflı >>
 Avarçəkənlərimiz Mingəçevir şəhərində təlim-məşq toplantısına başlayıb
(2/02/2010) | Baxılıb: 61 |
Bu gün Azərbaycanın akademik, kayak və kanoe qayıqlarında avarçəkənlərinin Mingəçevir şəhərində təlim-məşq toplantısı başlanıb. “Kür” Təlim-Tədris İdman Mərkəzində 20 gün davam edəcək toplanış texniki hazırlıq məsələlərini əhatə edəcək.   Ətraflı >>
  [1] 2 3 ... 47 48 49  sonra »
 
LİNKLƏR

www.noc-aze.org
www.mys.gov.az
www.worldrowing.com
www.canoeicf.com
www.rowing-az.clan.su

PARTNYORLAR